XƏBƏRLƏR
MƏLUMAT
Əfsanəvi hind aktyoru, kinorejissoru, ssenarist, prodüseri Rac Kapur
ÜMÜMİ XƏBƏRLƏR
02/06/2022 00:59

Rac Kapur 14 dekabr 1924-cü ildə indiki Pakistanın şimali-qərbindəki Pişəvər vilayətində aktyor ailəsində anadan olub. Kinoda ilk rolunu 1935-ci ildə - 11 yaşı olarkən ifa edib. 1948-ci ildə o, öz şəxsi studiyası olan "Rac Kapur films" şirkətini yaradıb. Buna qədər isə bir neçə il "Bombey tokiz" studiyasında rejissor assistenti vəzifəsində çalışıb.

Rac Kapur sonralar onu məşhurlaşdıran filmlərin əksəriyyətində rejissorluqla yanaşı, baş rolları da ifa edib. Əvvəlki işlərindən olan "Avara" (1951) və "Cənab 420" (1955) filmlərində R.Kapur sadə, mehriban və cazibəli "kiçik insan" obrazını məharətlə yaradır. Rac Kapurun iştirakı ilə çəkilən filmlər hələ öz dövründə müvəffəqiyyətlə dünya ekranına çıxıb. Kapurun bacarığı sayəsində kino vasitəsilə cəmiyyətdə olan sosial ədalətsizliklərin sərt tənqidi mümkün olub.

Rac Kapur öz müxtəlif filmlərində Hindistan ictimaiyyəti üçün ən önəmli məsələlərdən birinə - uşaq cinayətləri mövzusuna ("Ayaqqabı təmizləyənlər" (1954)); kasta bərabərsizliyi ("Bobbi" (1973)) və s. mövzulara toxunub. Rac Kapur 2 iyun 1988-ci ildə Hindistanın Yeni Dehli şəhərində, 64 yaşında vəfat edib. Rac Kapurun vəfatı bütün Hindistanı sarsıdıb və hər kəs bunu milli faciə kimi qəbul edib.

Baxış sayı: 664