XƏBƏRLƏR
MƏLUMAT
“Ədəbiyyatımızın yaddaşında yaşayan imza” adlı tədbir təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
26/09/2025 16:34

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Xalq yazıçısı, nasir, ictimai xadim Süleyman Rəhimovun 125 illik yubileyi ilə əlaqədar “Ədəbiyyatımızın yaddaşında yaşayan imza” adlı tədbir keçirilib.

Tədbirdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları, kitabxananın fəal oxucuları iştirak ediblər.

Tədbir zamanı ədibin həyat və yaradıcılığını, ictimai fəaliyyətini əhatə edən vodeoçarx, foto və kitab sərgisi nümayiş etdirilib, əsərlərindən parçalar və şeirlər dinlənilib.

Baxış sayı: 16