XƏBƏRLƏR
MƏLUMAT
"Əbədi zirvə" adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/05/2025 10:58

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Mühafizə Alayında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Əbədi zirvə" adlı tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər qeyd ediblər ki, dövlət müstəqilliyimizin qorunub saxlanılması, ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olunması, milli dövlətçiliyimizin möhkəmləndirilməsi, ədliyyə fəaliyyətinin inkişafının təmin edilməsi, nazirliyin dövlət strukturu kimi təsis olunması bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır.

Tədbirdə Mədəniyyət Mərkəzinin "Oğuzlar" folklor xalq ansamblı, xalq kollektivlərinin üzv və solistləri, gənc və istedadlı müğənnilər konsert proqramı ilə çıxış ediblər.

Baxış sayı: 50