XƏBƏRLƏR
MƏLUMAT
“Əbədi Yaşar Lider” adlı şeir müsabiqəsinin final mərhələsi baş tutub
ÜMÜMİ XƏBƏRLƏR
07/04/2023 08:23

Aprelin 7-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nardaran qəsəbə Mədəniyyət Mərkəzində “Heydər Əliyev İli” ilə əlaqədar 28 fevral tarixindən start verilən “Əbədi Yaşar Lider” adlı şeir müsabiqəsinin final mərhələsi baş tutub.

Müsabiqədə 130 və 295 nömrəli tam orta məktəblərin və 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin şagirdləri iştirak ediblər.

İlk olaraq ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin fəaliyyəti, Azərbaycan xalqı üçün gördüyü işlərdən danışılıb, ümummilli liderin gənclərlə bağlı məsələləri hər zaman öz siyasətininin əsas tərkib hissələrindən biri hesab etdiyi vurğulanıb.

Daha sonra müsabiqənin final mərhələsinə start verilib.

Sonda qaliblərə Diplomlar təqdim edilib.

Baxış sayı: 327