XƏBƏRLƏR
MƏLUMAT
"Əbədi iz" adlı söhbət keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
14/03/2025 14:56

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası 61 nömrəli tam orta məktəbdə görkəmli yazıçı və dramaturq Sabit Rəhmanın anadan olmasının 115 illiyi ilə əlaqədar "Əbədi iz" adlı söhbət keçirib.

Söhbət zamanı Sabit Rəhmanın həyat və yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, Sabit Rəhman XX əsr Azərbaycan ədəbiyyatında, mədəniyyət və incəsənətində mühüm yer tutan sənətkarlardandır. Yazıçı, dramaturq, kinossenarist kimi o dövrün ictimai-siyasi prosesləri onun əsərlərində öz əksini tapıb. Sabit Rəhmanın tamaşaları səhnəmizə yeni nəfəs, yeni mövzu və sağlam gülüş gətirib.

Baxış sayı: 33