Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi tərəfindən “e-Culture” rəqəmsal idarəetmə modeli çərçivəsində görülmüş işlərlə bağlı təqdimat keçirilib.
Nazirliyin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimovanın moderatorluğu ilə gerçəkləşən təqdimatda mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxış edərək bildirib ki, qarşıdakı onillikdə qlobal çağırışlar, demək olar ki, bütün sektorlarda, o cümlədən mədəniyyət sektorunda məhz sürətli rəqəmsallaşma meyilləri ilə səciyyələnəcək. Hazırda ənənəvi mədəniyyət formatı getdikcə sıradan çıxır, yeni nəsil insanlar mədəniyyəti rəqəmsal prizmadan qəbul edir. Ölkəmizin sosial-iqtisadi sisteminin prioritetinə çevrilmiş rəqəmsallaşma həyatın bütün sahələrinə, o cümlədən insanların gündəlik fəaliyyətinə sürətlə nüfuz edir. Bütün bu reallıqlar nəzərə alınaraq “Mədəniyyət Nazirliyinin “e-Culture” rəqəmsal inkişaf strategiyası” təsdiq edilib və strategiyanın icrası ilə bağlı işlərə başlanılıb.
Qeyd olunub ki, qarşıdakı üç ildə mədəniyyət sahəsinin rəqəmsallaşdırılması və proseslərin optimallaşdırılması, data əsaslı rəqəmsal idarəetmə modelinin və vahid inzibatlaşma siyasətinin tətbiqi, informasiya sistemlərinin və ehtiyatlarının təkmilləşdirilməsi, xidmətlərin yenidən layihələndirilməsi və elektronlaşdırılması, inteqrasiya imkanlarının genişləndirilməsi, daxili idarəetmə proseslərinin avtomatlaşdırılması – ümumilikdə 10 prioritet istiqamət üzrə 100-dən çox tədbirin həyata keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə rəqəmsal idarəetmə prosesini təşkil etmək üçün İşçi qrupu yaradılıb, “e-Culture’’ strategiyasının tədbirlər planı təsdiq edilib. Bütün klasterlər üzrə mövcud vəziyyət təhlil olunub və ehtiyaclar müəyyənləşdirilib. Strategiyanın əhatə etdiyi dövr ərzində elektron xidmətlərin “tam elektron xidmət" şəklində təqdim edilməsi 80%, digər istiqamətlər isə tam şəkildə həll olunub. Eyni zamanda qarşıdakı dövr ərzində Dövlət Xidmətləri Reyestrində Mədəniyyət Nazirliyinin ən azı 20 tam elektron xidmətinin yerləşdirilməsi, nazirlikdə vahid “Elektron Kabinet” (www.my.culture.az) sisteminin tətbiqi və bütün aidiyyəti resursların bu vahid “Elektron Kabinet”ə inteqrasiyası nəzərdə tutulur. Bundan əlavə, daşınmaz tarix və mədəniyyət abidələrinə dair məlumatların rəqəmsallaşdırılması, Azərbaycan mədəniyyətinin təbliğinə dair müasir texnologiyaların tətbiqi ilə ən azı 10 promo resursun hazırlanması prioritet istiqamətlər sırasındadır.
Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov “e-Culture” strategiyası ilə bağlı nazirliyin bir çox qurumlarla əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Deyib ki, mədəniyyət sahəsində çalışan insanların rəqəmsallaşma və müasir texnoloji yeniliklərdən məlumatlı olması vacibdir.
Strategiya hazırlanarkən İT parkın və şəbəkə təhlükəsizliyinin auditi aparılıb. Şəbəkə və kibertəhlükəsizlik arxitekturası işlənilib. Müxtəlif klasterlər və modullar üzrə ümumilikdə 10 təlim keçirilib, rəqəmsal analitik təhlillərin aparılması təmin edilib. Hər bir müəssisə üzrə daxili xəritə hazırlanıb.
Rəşad Əzizov çıxışı zamanı həmçinin kalsterlər, modullar, “e-Culture” matrisi, “e-Culture” arxitekturası, nazirliyin informasiya resursları, eləcə də ötən il təşkil edilən Uşaq İncəsənət Festivalının rəqəmsal analitik təhlilini barədə məlumatı diqqətə çatdırıb. Vahid Mədəniyyət Reyestri yaradılacaq, Milli Mədəniyyət Əmlakı Reyestrində nazirliyin ölkə üzrə mədəniyyət obyektləri və müəssisələrinin reyestrinin yenidən işlənməsi, vahid şəxsi kabinet sistemi vasitəsilə bir pəncərə prinsipi əsasında mədəniyyəti rəqəmsal prizmadan tanımaq və s. məsələlər haqqında söz açılıb. Qeyd olunub ki, nazirliyin sistemində fəaliyyət göstərən bədii təhsil ocaqlarına təhsilalan və təhsilverənlərin elektron qəbulu uğurla reallaşdırılır.
Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova çıxışında müasir mədəni mühitdə məzmunun yaradılmasının vacibliyini qeyd edib. Bildirib ki, bu gün milli və insani dəyərlərə cavab verən məzmun qıtlığı var. Nazirliyin rəsmi saytı (“culture.gov.az”) barədə məlumat verən şöbə müdiri gələcəkdə bu resursların “e-Culture” rəqəmsal idarəetmə modelində tətbiq ediləcəyini deyib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, təkliflər səsləndirilib.








- 16:22 Məktəblərarası KVN üzrə “Yeni Nəsil Kuboku” keçirilib
- 13:19 Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirilib
- 23:32 “Kiçik əllərin böyük musiqisi” adlı hesabat konserti keçirilib
- 15:46 “Səslərin izi ilə” adlı hesabat konserti keçirilib
- 10:00 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəbinin hesabat konserti baş tutub
- 23:03 “Səma” rəqs qrupunun “Musiqili Bakı” adlı konsert proqramı keçirilib
- 10:05 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti baş tutub
- 11:06 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək
- 17:11 “İnsan hüquqları və azadlıqları” mövzusunda görüş keçirilib
- 17:05 “Milli Qurtuluş: Dövlətçiliyimizin dönüş nöqtəsi” adlı dəyirmi masa keçirilib
- 14:14 Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti təşkil olunub
- 14:04 Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 22:29 “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı konsert proqramı təşkil edilib.
- 18:46 “Zəfərə aparan işıq” adlı hesabat konserti keçirilib
- 14:44 "65 illik bir tarix" adlı hesabat konserti keçirilib
- 23:47 “Bir axşamın sehirli səsləri” adlı hesabat konserti keçirilib
- 23:25 36 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 23:14 “Zamanı incəsənətə çevirən 45 il” adlı hesabat konserti keçirilib
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib