XƏBƏRLƏR
MƏLUMAT
Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
ÜMÜMİ XƏBƏRLƏR
11/06/2024 11:59

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin V sinif şagirdi Əminə Nəcəfli Bakı şəhərində keçirilən "Golden Fleece" Beynəlxalq festival müsabiqəsində iştirak edib.

Gənc istedad Əminə Nəcəfli müsabiqədə uğurla çıxış edərək "Qran-pri" mükafatına layiq görülüb. Müəllimi Lalə Useynova isə "Təşəkkürnamə" məktubu ilə təltif edilib.

Baxış sayı: 139