XƏBƏRLƏR
MƏLUMAT
Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbində konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
12/06/2024 11:26

İyunun 11-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbində Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

İlk öncə Xalq artisti, istedadlı bəstəkar, pedaqoq Süleyman Ələsgərovun yaradıcılığı haqqında məlumat verilib. Qeyd olunub ki, S.Ələsgərovun musiqisi yüksək professionallığı, kamil forması, gözəl melodiyası, rəngarəng ritm çalarları ilə fərqlənir.

Konsert proqramında şagirdlərin ifasında Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

Sonda məktəbin xor kollektivi çıxış edib.

Baxış sayı: 82