XƏBƏRLƏR
MƏLUMAT
Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbi tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
25/05/2023 07:22

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbində Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə fortepiano şöbəsinin müəllimi, tədbirin təşkilatçısı Şəbnəm Qasımzadənin sinif konserti keçirilib.

Tədbirin əvvəlində Ulu Öndərin şərəfli həyat yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edilib. Bildirilib ki, Ulu öndər Heydər Əliyevin apardığı uğurlu siyasət bu gün də layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. 

Bədii hissədə konsert proqramı təqdim olunub. Konsertdə  Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib, rəqslər nümayiş olunub.

Baxış sayı: 588