XƏBƏRLƏR
MƏLUMAT
Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti keçirib
ÜMÜMİ XƏBƏRLƏR
03/06/2024 15:18

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş hesabat konserti keçirilib.

Konsertdə mədəniyyət işçiləri, uşaq musiqi və incəsənət məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.

İlk öncə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında qısa məlumat verilib. Dövlətimiz tərəfindən bu istiqamətdə görülən işlər və həyata keçirilən tədbirlərin önəmindən bəhs edilib.

Sonra məktəbin bütün şöbələri üzrə təhsil alan şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri ilə çıxış ediblər.

Baxış sayı: 170