XƏBƏRLƏR
MƏLUMAT
“Dünya bizim evimizdir, ömrümüzdür, günümüzdür” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
30/05/2024 16:56

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan İbrahim Əbilov adına Mədəniyyət Mərkəzi və Aslan Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Dünya bizim evimizdir, ömrümüzdür, günümüzdür” adlı tədbir keçirilib.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər dünyanı narahat edən ekoloji problemlərdən, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən danışıblar.

Bədii hissədə Mədəniyyət Mərkəzinin “Könül” xalq rəqs ansamblı rəngarəng rəqs nömrələri ilə çıxış edib.

Sonda mövzu ilə əlaqədar sərgiyə baxış keçirilib.

Baxış sayı: 157