XƏBƏRLƏR
MƏLUMAT
“Dövlət və cəmiyyətin inkişafında Azərbaycan gəncliyinin rolu” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
12/08/2025 14:53

Avqustun 12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzinin, Bakı Şəhər Gİİ-nin Suraxanı rayon üzrə Gənclər və İdman sektorunun və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə Suraxanı Gənclər Evində 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə “Dövlət və cəmiyyətin inkişafında Azərbaycan gəncliyinin rolu” adlı tədbir keçirilib.

İlk öncə  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra  Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə rəsmilər, ziyalılar, elm xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər bu günün tarixi barədə məlumat verərək bildiriblər ki, 12 avqust – Beynəlxalq Gənclər Günü dünyanın hər yerində gəncliyin gücünü, yaradıcılığını və cəmiyyətə verdiyi töhfələri qeyd etmək üçün əlamətdar bir gündür. Azərbaycan dövlətinin gənclərə olan diqqətinin, ölkənin gələcəyi üçün atılan ən mühüm addımlardan biri hesab olunduğu vurğulanıb.

Tədbirdə iştirak edən gənclər Suraxanı rayon Heydər Əliyev Mərkəzinin qarşısındakı Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər və Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən zəngin irsi ilə yaxından tanış olublar.

 

Baxış sayı: 56