XƏBƏRLƏR
MƏLUMAT
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində Zəfər Günü qeyd olunub
ÜMÜMİ XƏBƏRLƏR
08/11/2024 10:35

Milli Məclisin Mədəniyyət Komitəsinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan  Ağaxan Abdullayev adına Mədəniyyət  Mərkəzinin təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində 8 Noyabr - Zəfər gününə həsr olunmuş tədbir keçirilib.

İlk olaraq şəhidlərin abidəsi önündə əziz xatirələri yad edilib.

Sonra tədbir iştirakçıları bayram günü münasibətilə  təbrik edilib, 44 günlük Vətən müharibəsinin Azərbaycanın tarixinə qızıl hərflərlə əbədi yazıldığı, bu qələbənin Müzəffər Ali Baş Komandan, Prezident  İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, yenilməz ordumuzun şücaəti, qəhrəmanlığı, xalqımızın birliyi hesabına qazanıldığı vurğulanıb.

Tədbirin bədii hissəsində mədəniyyət evinin kollektivi çıxış edib, Bakı Bələdiyyə Teatrının təqdimatında isə "Unutqanlıq qorxunc bəladır" adlı tamaşa nümayiş olunub.

 

Baxış sayı: 203