XƏBƏRLƏR
MƏLUMAT
Dövlət Akademik Filarmoniyasının konsert mövsümünün bağlanışı olub
ÜMÜMİ XƏBƏRLƏR
09/07/2024 09:38

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və solistlər - Əməkdar artist Ramil Qasımov (tenor), Aytac Şıxəlizadə (mezzo-soprano), Nəzrin Aslanlı (violin), Məmməd Rəcəbli (klarnet) musiqisevərlər qarşısında çıxış ediblər.

Konsertdə dinləyicilərə dünyaşöhrətli bəstəkar G.Rossini, J.Strauss, G.Bizet, Z.Abreu, M.Ponce, D.Şostakoviç, A.Shaw, Niyazi, T.Quliyev, A.Márquez, və E.Mansurovun əsərləri təqdim olunub.

Baxış sayı: 316