XƏBƏRLƏR
MƏLUMAT
“DokuBaku” festivalı “DokuTur” proqramını elan edib
ÜMÜMİ XƏBƏRLƏR
12/02/2025 16:05

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı Gənc Film İstehsalçıları Assosiasiyasının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə “DokuTur” proqramını elan edib.

AZƏRTAC xəbər verir ki, proqramda festivalın son buraxılışında mükafat qazanan yerli və beynəlxalq qısa və tammetrajlı filmlər Azərbaycan və ingilis subtitrləri ilə nümayiş olunacaq.

Nümayişlər fevralın 15-də “Nizami” Kino Mərkəzində keçiriləcək. Daha sonra kinotənqidçi Aygün Aslanlının moderatorluğu və “Tanrının xilas əli” filminin rejissoru Babək Abbaszadənin iştirakı ilə müzakirələr aparılacaq.

Baxış sayı: 138