XƏBƏRLƏR
MƏLUMAT
"Dəyərli dramaturq" adlı tövsiyə icmalı keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
19/05/2025 16:35

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası 61 nömrəli tam orta məktəbdə dramaturq Əbdülrəhim bəy Haqverdiyevin 155 illik yubileyi ilə əlaqədar "Dəyərli dramaturq" adlı tövsiyə icmalı keçirib.

Tədbirdə bildirilib ki, Əbdürrəhim bəy Haqvеrdiyеv Azərbaycan realist və demokratik ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. XIX əsrin son illərindən ədəbiyyat aləminə qədəm qoymuş Haqvеrdiyеv dolğun məzmunlu dram əsərləri, yumоrist-satirik hekayələri ilə şöhrətlənib, həm də ictimai xadim kimi realist ədəbiyyatımızın və sənətimizin inkişafında mühüm rol oynayıb. Ustad sənətkarın dramaturji irsi ölkəmizdə teatr mədəniyyətinin yüksəlişinə yol açıb. Onun canlı həyat lövhələri ilə son dərəcə zəngin hekayələri nəsr tariximizin ən qiymətli nümunələri sırasında xüsusi yer tutur.

Baxış sayı: 34