XƏBƏRLƏR
MƏLUMAT
Detektiv yazıçı Müşfiq Abbasovla görüş təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
23/05/2024 09:44

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Qonağımız var” layihəsi çərçivəsində Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında detektiv yazıçı Müşfiq Abbasovla görüş keçirilib. 

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə Müşfiq Abbasovun  həyat və yaradıcılığından bəhs edilib, kitabları haqqında söhbət aparılıb.

Detektiv yazıçı çıxışında gələcək yaradıcılıq planlarından danışıb, hər bir əsərin gənc nəslin maariflənməsində, mütaliə məsələlərində mühüm rol oynadığını diqqətə çatdırıb.

Sonda yazıçı oxucuların ona ünvanlanan suallarını cavablandırıb və imzalı kitablarını görüş iştirakçılarına hədiyyə edib.

Baxış sayı: 136