XƏBƏRLƏR
MƏLUMAT
Detektiv yazıçı Elbrus Kəlbiyev ilə görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
15/11/2023 12:29

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında detektiv yazıçı, psixoloq, ehtiyatda olan polkovnik-leytenant Elbrus Kəlbiyev ilə görüş keçirilib.

Tədbirdə çıxış edənlər bu görüşün əhəmiyyətini vurğulayaraq, əsas məqsədin yazıçı Elbrus Kəlbiyevin həyat və yaradıcılığını daha yaxından tanımaq olduğunu bildiriblər.

Daha sonra videoçarx nümayiş olunub.

Görüş zamanı çıxış edən Elbrus Kəlbiyev yaradıcılığının əsas istiqamətləri barədə danışıb, əsərlərindəki qəhrəmanların onun təxəyyülünün məhsulu olduğunu qeyd edib.

Sonda dedektiv yazıçı oxucuların suallarını cavablandıraraq kitabxanaya imzalı kitablarını hədiyyə edib.

Baxış sayı: 337