XƏBƏRLƏR
MƏLUMAT
“Dayanıqlı sosial siyasətin Heydər Əliyev modeli” mövzusunda mühazirə keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
09/10/2024 16:07

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Dayanıqlı sosial siyasətin Heydər  Əliyev modeli” mövzusunda mühazirə keçirilib.

Mühazirədə Suraxanı rayon 85 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.

Mərkəzin əməkdaşı Ümummilli Lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən, məqsədyönlü siyasət xəttindən və dahi şəxsiyyətin xalqımız üçün miras qoyduğu mənəvi dəyərlər haqqında danışıb. O bildirib ki, Ulu Öndərin siyasi kursu hazırkı dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Məhz dahi liderimizin başlatdığı uğurlu siyasətin nəticəsidir ki, ölkəmiz ildən-ilə böyük nailiyyətlər əldə edir.

Sonda iştirakçılar əbədiyaşar lider Heydər Əliyevin zəngin irsini əks etdirən ekspozisiya ilə tanış olublar.

Baxış sayı: 292