XƏBƏRLƏR
MƏLUMAT
Danimarkalı yazıçı Hans Xristian Andersenin 220 illik yubileyi ilə əlaqədar olaraq “Nağıl saatı” keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
07/04/2025 11:18

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının “Obrazlı kitabxanaçı” layihəsi uğurla davam edir.

Layihə çərçivəsində danimarkalı yazıçı Hans Xristian Andersenin anadan olmasının 220 illik yubileyi ilə əlaqədar olaraq “Nağıl saatı” keçirilib.

İlk olaraq yazıçının yaradıcılığı, kitabları haqqında oxuculara məlumat verilib. Daha sonra kitabxana əməkdaşları H.X.Andersenin “Düyməcik” nağılını səhnələşdiriblər.

Sonda iştirakçılar yazıçının sevimli nağıl kitabları ilə tanış olublar.

Baxış sayı: 38