XƏBƏRLƏR
MƏLUMAT
“Dahi liderin əbədi yolu” mövzusunda tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
12/12/2024 17:00

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzi, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorununun birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Dahi liderin əbədi yolu” mövzusunda tədbir keçirilib.

Qonaqlar öncə Mərkəzin ekspozisiya zalında dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Sonra Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə rəsmilər, mədəniyyət işçiləri, elm xadimləri iştirak ediblər.

Çıxışçılar Ümummilli liderin xalqımız qarşısındakı tarixi xidmətlərindən bəhs ediblər, onun şərəfli ömür yolunun gələcək nəsillər üçün əsl örnək olduğunu vurğulayıblar.

Tədbir zamanı “Heydər Əliyev-tarixi şəxsiyyət, əbədiyaşar lider” mövzusunda mühazirə dinlənilib, Ulu Öndər Heydər Əliyev anım gününə həsr olunan videoçarx təqdim olunub.

Bədii hissədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri çıxış ediblər.

Baxış sayı: 296