XƏBƏRLƏR
MƏLUMAT
Cövdət Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin yaranmasının 70 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
03/05/2025 21:50

Mayın 2- də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Cövdət Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin yaranmasının 70 illiyinə həsr olunmuş “Uğur dünyamız” adlı yibiley gecəsi keçirilib.

Beynəlxalq Muğam Mərkəzində keçirilən gecədə Baş İdarənin rəisi İbrahim Əliyev çıxış edərək məktəb haqqında məlumat verib, yubiley münasibətilə kollektivi təbrik edib.

Ardınca məktəbin fəaliyyətini əks etdirən film təqdim edilib, şagirdlərin ifasında həm Azərbaycan həm də xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.

Tədbirin sonunda məktəbə, məktəbin rəhbərliyinə və ən fəal müəllimlərə Mədəniyyət Nazirliyinin fəxri fərmanları təqdim edilib.

 

Baxış sayı: 210