XƏBƏRLƏR
MƏLUMAT
“COP29 tərəflər konfransının Azərbaycan üçün əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
04/11/2024 14:54

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzi və YAP Qaradağ rayon təşkilatının birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “COP29 tərəflər konfransının Azərbaycan üçün əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə rəsmilər, elm xadimləri , fəal gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın qəbul olunması beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə göstərilən böyük hörmət və etimadın bariz nümunəsi olduğu vurğulanıb.

Tədbirdə həmçinin  “Yaşıl dünya naminə həmrəylik ili"nə və “COP29 tərəflər konfransı”nın əhəmiyyətinə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Baxış sayı: 115