Fevralın 12-də Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində ICESCO-nun Mədəniyyət Nazirləri Konfransının “Sosial-iqtisadi inkişafa mədəniyyətin təsiri” mövzusunda13-cü sessiyası öz işinə başlayıb. Tədbirdə ölkəmizi mədəniyyət nazirinin müavini Fərid Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Sessiyada Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət naziri, Qətər Dövləti mədəniyyət nazirinin müavini, eləcə də Tatarıstan Respublikasının (RF) rəisi, İslam Əməkdaşlıq Təşkilatının baş katibi, BMT-nin Sivilizasiyalar Alyansının (BMTSA) ali nümayəndəsi, ICESCO-nun baş direktoru açılış nitqləri ilə çıxış ediblər. Ali nümayəndə Migel Anhel Moratinos öz çıxışında Azərbaycanın təşəbbüsü, BMTSA və ICESCO-nun tərəfdaşlığı ilə həyata keçirilən “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyasının önəmindən danışıb və bu çərçivədə artıq təşkilat tərəfindən regionda “Gənc sülh qurucuları proqramı”na başlanıldığını vurğulayıb. Daha sonra üzv ölkələrin nümayəndələrinin çıxışları dinlənilib.
Fevralın 13-də davam edən tədbirdə nazir müavini Fərid Cəfərov 13-cü sessiyaya sədrlik edən Səudiyyə Ərəbistanı tərəfinə təşəkkürünü bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən mədəniyyət siyasəti çərçivəsində ICESCO ilə əməkdaşlığa xüsusi önəm verildiyini vurğulayan nazir müavini ötən konfransda "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilmiş Azərbaycanın Şuşa şəhərində il ərzində təşkil olunmuş tədbirlər barədə məlumat verib.
O, əlamətdar il çərçivəsində reallaşdırılan tədbirlərdə fəal iştiraka görə üzv ölkələrə təşəkkür edib. Çıxışda həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində dağıdılmış mədəni irsin qeydə alınmasında və sənədləşməsində ICESCO ilə əməkdaşlığın önəmi vurğulanıb. Bildirilib ki, ICESCO Azərbaycanda təşkil olunan qlobal əhəmiyyətli tədbirlərdə fəal iştirak edib. Heydər Əliyev Fondu ilə birgə məcburi köçkün qızların təhsilinə dəstək layihəsinin İslam dünyasında inkişafa yardım edən nümunəvi addımlardan biri olduğu da diqqətə çatdırılıb. Həmin gün eyni zamanda üzv ölkələrin iştirakı ilə Ciddədə II İslam İncəsənəti Biennalesinin açılışı olub. “...Və arada olan hər şey" adı altında keçirilən biennale bədii ifadə və sənətkarlıqda imanın rolunu araşdırır. Sərgidə 500-dən çox tarixi eksponat və 29 müasir incəsənət əsəri nümayiş etdirilir. Kral Əbdüləziz adına Ciddə Beynəlxalq Hava Limanında Qərbi Həcc Terminalında təşkil edilən sərgi yeddi komponentdən ibarətdir: "Başlanğıc", "Orbit", "Ehtiram olunan", "Örtük", "Müqəddəs", "İşıqlanmış" və "Dua və toplaşma yeri".
Sərgidə Vatikan da daxil olmaqla 30-a yaxın ölkənin kolleksiyalarında qorunan unikal İslam irsi nüsxələri təqdim edilir.



- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
- 17:02 Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb
- 09:18 Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
- 15:42 Hərbi Hissədə bayram konserti keçirilib
- 12:33 “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
- 11:56 "Qış nağılı" adlı tamaşa nümayiş edilib
- 11:36 Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 11:07 24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 09:30 “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Xalq artisti Amalya Pənahovanın 80 illik yubiley gecəsi
- 21:15 Baş İdarə hərbi liseydə bayram tədbiri keçirib
- 16:38 Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb
- 11:07 Milli Kitabxanada “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgi açılıb
- 10:18 “Suveren dövlət, həmrəy xalq” adlı tədbir keçirilib
- 09:27 Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşası nümayiş olunub
- 18:40 “Qar Kraliçası” yenidən səhnədə
- 15:47 "Muğam bir xəzinədir" adlı tədbir keçirilib
- 17:11 "Yeni il sərgüzəştləri" adlı tamaşa nümayiş edilib
- 16:03 “Mirzə Qədim İrəvani irsi Prezident Kitabxanasında” adlı tədbir keçirilib