XƏBƏRLƏR
MƏLUMAT
“Cəhənnəm sevgisi” adlı tamaşa nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
02/07/2024 12:35

İyulun 1-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Şüvəlan qəsəbə Mədəniyyət evində Xətai Rayon Mədəniyyət Mərkəzinin “Qaravəlli” xalq teatrının üzvləri “Cəhənnəm sevgisi” adlı tamaşa təqdim ediblər.

Tədbirdə mədəniyyət işçiləri, elm xadimləri, pedaqoqlar iştirak ediblər.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Tamaşanın keçirilməsində əsas məqsəd uşaqların, yeniyetmələrin asudə vaxtlarlının səmərəli keçirilməsdir.Tamaşanın müəllifi Polad İbrahimov və Kübra Bayramovadır.

Sonda tamaşanın iştirakçıları Xətai Rayon Mədəniyyət Mərkəzi tərəfindən Diplomla təltif ediliblər.

Baxış sayı: 156