XƏBƏRLƏR
MƏLUMAT
“Cəfər Cabbarlının “Dilarə” hekayəsini oxuyuruq” adlı ailə mütaliə marafonu keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
06/03/2024 10:41

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan  Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Ümumdünya Ucadan Oxu Günü ilə əlaqədar “C.Cabbarlının “Dilarə” hekayəsini oxuyuruq” adlı ailə mütaliə marafonunu keçirib. 

Mütaliə marafonunda kitabxananın oxucuları olan İsmayılzadələr ailəsi iştirak edib.

Çıxışlarda Cəfər Cabbarlı yaradıcılığından danışılıb. Bildirilib ki, Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının geniş şöhrət tapmış nadir simalarındandır.  Dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyan Cəfər Cabbarlının əsərləri milli teatrda mühüm hadisə kimi dəyərləndirilib, uzun illər boyu tamaşaçıların bir neçə nəslinin estetik zövqünün formalaşmasında əvəzsiz rol oynayıb. Cəfər Cabbarlının “Dilarə” hekayəsi həcminin və obrazlarının sayının azlığına baxmayaraq, Azərbaycan ədəbiyyatı üçün mövzu və problematika baxımından çox böyük əhəmiyyətə malikdir.

Sonra oxucular “Dilarə” hekayəsinin məzmunu haqqında danışıblar.

Sonda mövzu ətrafında diskussiya aparılıb.

Baxış sayı: 229