XƏBƏRLƏR
MƏLUMAT
“Cəbrayılın azad olunması - Şanlı Zəfərimizin başlanğıcıdır” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
05/10/2023 01:47

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər  Əliyev  Mərkəzində “Cəbrayılın  azad  olunması - Şanlı Zəfərimizin başlanğıcıdır” adlı tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Mərkəzin muzey bölməsində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, əziz xatirəsini yad ediblər.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl şəhəri gününün qeyd olunmasını bildiriblər. Həmçinin işğaldan azad olunan digər ərazilərimiz kimi  Cəbrayılda da böyük və iri həcmli quruculuq işlərinə start verildiyi vurğulanıb.

Sonda “Cəbrayıl - Vətən müharibəsində azad edilən ilk şəhərimiz” adlı mühazirə dinlənilib, mövzuya həsr olunmuş  videoçarx təqdim edilib və 158 nömrəli tam orta məktəbin şagirdləri Cəbrayıl şəhəri  gününə həsr olunmuş bədii kompozisiya ilə çıxış ediblər.

Baxış sayı: 243