XƏBƏRLƏR
MƏLUMAT
“Caz-Ritmin Sehrində” adlı hesabat konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
03/06/2025 09:41

İyunun 2-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Vaqif Mustafazdə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin “Caz-Ritmin Sehrində” adlı hesabat konserti keçirilib.

Konsertdə məktəbin xor kollektivi, “İncilər” vokal kvarteti, “Töhfə” qrupu, “Aysel” rəqs qrupu və istedadlı şagirdləri çıxış ediblər.

Həmçinin məktəbin rəssamlıq şöbəsi şagirdlərinin rəsm işlərindən ibarət ekspozisiyası konsert zamanı təqdim olunub.

Baxış sayı: 54