XƏBƏRLƏR
MƏLUMAT
Cabbar Qaryağdıoğlu adına 9 nömrəli Uşaq Musiqi Məktəbində tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
29/05/2025 11:11

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Cabbar Qaryağdıoğlu adına 9 nömrəli Uşaq Musiqi Məktəbində 28 May-Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə rəsmilər, mədəniyyət işçiləri və digər qonaqlar iştirak ediblər.

İlk olaraq Müstəqillik Gününün tarixi haqqında məlumat verilib və bayram münasibəti ilə təbriklər səslənib.

Tədbirdə məktəbin “Lalələr” xor kollektivi, “Misri” aşıqlar ansamblı, nağaraçalanlar, xalq çalğı alətləri ansamblı və müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri ilə çıxış ediblər.

Baxış sayı: 56