XƏBƏRLƏR
MƏLUMAT
C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
ÜMÜMİ XƏBƏRLƏR
14/11/2025 17:22

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Violin ixtisası üzrə təhsil alan IV sinif şagirdi İncisu Əliyeva "Azərbaycan və xarici musiqi nümunələrinin solmizasiyası" adlı I Respublika müsabiqəsində iştirak edib.

Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr edilmiş festival proqramı çərçivəsində keçirilən müsabiqədə İncisu Əliyeva yüksək hazırlıq səviyyəsi nümayiş etdirərək Laureat adına layiq görülüb. Şagirdin nəzəriyyə müəllimi Çiçək Talıbova isə Təşəkkürnamə ilə təltif olunub. Şagirdlər Əsgərzadə Xədicə (müəllim Vüsalə Fərəcova) və Hüseynzadə Şəbnəm (müəllim Məlahət Salayeva) isə Sertifikatla təltif olunublar.

Baxış sayı: 847