XƏBƏRLƏR
MƏLUMAT
Bülbülün Memorial Muzeyində Xalq artisti Mobil Əhmədovun xatirəsi anılıb
ÜMÜMİ XƏBƏRLƏR
10/09/2024 09:27

Bülbülün Memorial Muzeyində "Bülbülün qonaqları" rubrikasında Xalq artisti, özünəməxsus səsi ilə ürəkləri fəth edən Mobil Əhmədov yad edilib.

AZƏRTAC xəbər verir ki, dahi Bülbülün tələbəsi olmuş, sağlığında dəfələrlə müəlliminin evində qonaq olan sənətkarın repertuarından mahnılar səsləndirilib. Bülbül Vokal Məktəbinin tələbələri Süleyman Ələsgərovun "Gözəl Şuşam", Azərbaycan xalq mahnısı "Ay Laçın", Tofiq Quliyevin "Lirik mahnı", Rauf Hacıyevin "Azərbaycanım" mahnılarını ifa ediblər.

Tədbirdə sənətkarın tələbəsi, Əməkdar artist Ramil Qasımov, qızı Nigar Əhmədova Mobil Əhmədovla bağlı xatirələrini bölüşüblər.

Baxış sayı: 109