XƏBƏRLƏR
MƏLUMAT
Bu gün yazıçı-dramaturq Mirzə Fətəli Axundzadənin doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
12/07/2024 09:26

Mirzə Fətəli Axundzadə 1812-ci ildə iyulun 12-də Nuxada (Şəkidə) dünyaya gəlib. Şəkidə açılmış rus məktəbinə daxil olub və bir il burada təhsil alıb. O, “Əkinçi” qəzetinin səhifələrində “Vəkili Milləti-Naməlum” imzası ilə məqalələr dərc etdirib. Mirzə Fətəli Axundzadənin realist sənətkar, dramaturgiyamızın banisi, şair və nasir kimi ədəbiyyatımızın inkişafında müstəsna xidmətləri var. O, 1850-1855-ci illərdə özünün məşhur altı komediyasını yaratmaqla nəinki Azərbaycan ədəbiyyatında, bütövlükdə Balkanlardan Hindistana qədərki türk-müsəlman dünyasında dramaturgiyanın əsasını qoyub. “Hekayəti xırsı-quldurbasan”, “Hekayəti Molla İbrahim-Xəlil kimyagər”, “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur”, “Sərgüzəşti mərdi-xəsis”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran” pyeslərinin, “Aldanmış kəvakib” satirikpovestinin, “Puşkinin ölümünə Şərqpoeması”, “Kəmalüddövlə məktubları” və s. adlı əsərlərinmüəllifidir.

Mirzə FətəliAxundzadə 1878-ciildə vəfatedib.

Azərbaycan Milli Kitabxanası, Azərbaycan Dövlət Opera və Balet Teatrı, Axundov Bağı və Bakı şəhərindəki küçələrdən biri Mirzə Fətəli Axundzadənin adını daşıyır.

Baxış sayı: 229