XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq şairi Süleyman Rüstəmin anadan olmasının 119 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
12/03/2025 11:38

O, “Gənc işçi” qəzeti redaksiyasında çalışıb. Onun “Unudulmuş gənc” adlı ilk şeiri “Maarif və ədəbiyyat” jurnalında çap edilib. Süleyman Rüstəm ədəbiyyatımızda tərənnüm, vəsf və ithaf şeirlərinin ən məhsuldar yaradıcılarından biri idi. O, “Təbrizim”, “Könlümə Təbriz düşdü”, “İşıq”, “Yenə Araz qırağında”, “Yaralarım”, “Görsəm” kimi şeirlərin, “Ana ürəyi”, “Durnalar”, “Ana və poçtalyon”, “Gün o gün olsun ki” kimi kitabların müəllifidir. Ədəbi fəaliyyətə “Çimnaz xanım yuxudadır” birpərdəli komediyası ilə başlayan sənətkarın “Qaçaq Nəbi” mənzum dramı, “Durna” komediyası dramaturgiyamızın incilərindəndir.

Süleyman Rüstəm 1989-cu ildə vəfat edib.

Baxış sayı: 34