XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq şairi Cabir Novruzun anadan olmasının 92 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
12/03/2025 15:33

Bu gün Əməkdar incəsənət xadimi, Xalq şairi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Cabir Novruzun anadan olmasının 92 ili tamam olur.

O, Sabir adına Pedaqoji Texnikumda, Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində və Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. “Ulduz”, “Azərbaycan” ədəbi-bədii jurnallarının, “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifələrində çalışıb. Şair “İnsan məhəbbəti”, “İllərin ömrü”, “Bizim əsr”, “Adi həqiqətlər”, “Həyat, sən nə qəribəsən”, “Taleyin töhfələri”, “Bir dünyam var”, “İnsan himnləri”, “Ömür keçir karvan kimi” kimi şeir və poema kitablarının müəllifidir.

Cabir Novruz 2002-ci ildə vəfat edib.

Baxış sayı: 33