XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq artisti Qəmər Almaszadənin anadan olmasının 110 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
10/03/2025 09:21

Bu gün Xalq artisti Qəmər Almaszadənin anadan olmasının 110 ili tamam olur.

Şərqin ilk balerinası olan Q.Almaszadə səhnəyə ilk dəfə Reynqold Qlierin “Qırmızı lalə” baletindəki Tao Xoa partiyası ilə çıxıb. Balerina Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletində ilk professional çıxışını edib. O, A.Adanın “Korsar”, B.Asafyevin “Bağçasaray fəvvarəsi”, A.Qlazunovun “Raymonda”, S.Puninin “Esmeralda”, P.Çaykovskinin “Şelkunçik” və “Sonalar gölü”, L.Minkusun “Don Kixot”, Qara Qarayevin “Yeddi gözəl”, Niyazinin “Xosrov və Şirin”, A.Kreynin “Laurensiya” baletlərində əsas partiyaları ifa edib. Üzeyir Hacıbəylinin “Koroğlu” və Müslüm Maqomayevin “Nərgiz” operalarında rəqqasə qızı oynayıb.

Qəmər Almaszadə 2006-cı ildə vəfat edib.

Baxış sayı: 79