XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq artisti Teymur Mustafayevin anadan olmasının 86 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
10/04/2025 10:49

Bu gün Xalq artisti, Prezident təqaüdçüsü Teymur Mustafayevin anadan olmasının 86 ili tamam olur. Teymur Mustafayev Azərbaycan Dövlət Filarmoniyasında, “Azkonsert” Birliyində, AzTV-də çalışıb. O, Azərbaycan musiqi sənətini Rusiya, Gürcüstan, Ukrayna, Özbəkistan, Türkiyə, İran, Almaniya, Avstriya, Meksika, Hindistan, Pakistan, Əfqanıstan, İordaniya, Misirdə təqdim etməklə, onu dinləyicilərə sevdirib. Onun ifa etdiyi xalq və bəstəkar mahnıları, təsniflər Azərbaycan milli televiziya və radiomuzun qızıl fondunda qorunub saxlanılır.

Görkəmli sənətkar 2020-ci ildə vəfat edib.

Baxış sayı: 81