XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq artisti Möhsün Sənaninin anım günüdür
ÜMÜMİ XƏBƏRLƏR
11/02/2025 09:56

Möhsün Cəfərov (Sənani) 1900-cü il iyunun 19-da Tiflisdə anadan olub. O, 1912-ci ildə kiçik həvəskarlar dərnəyinə qoşulub və bu dərnəklərdə birpərdəli povestlərdə özünü sınayıb. Tiflis teatr truppasında çalışıb.

Hüseyn Ərəblinskinin iştirakı ilə hazırlanmış “Kaveyi-Ahəngər” tamaşasında Möhsünə dəmirçi Kavənin oğlunun rolunu böyük ustalıqla ifa edib. Gənc olmasına baxmayaraq, Heydər bəy, Süleyman bəy, Vəli (“Arşın mal alan”), Hambal (“Məşədi İbad”), Rzaqulu (“Nadir Şah”), Kasio (“Otello”) kimi məsul rolları ifa edib.

Xalq artisti Möhsün Sənani 1981-ci ildə vəfat edib.

Baxış sayı: 33