XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq artisti Lütfiyar İmanovun anadan olmasının 97 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
17/04/2025 10:49

Lütfiyar İmanov Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin vokal şöbəsində, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsində təhsil alıb. SSRİ Böyük Teatrında və İtaliyada “La Skala” teatrında təcrübə keçib. Sabirabad şəhər Dövlət Dram Teatrında, Mədəniyyət evində, Azərbaycan Teatr Xadimləri İttifaqında, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. Azərbaycan Televiziyası və Radiosu xorunun, Azərbaycan Dövlət estrada orkestrinin, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.

Lütfiyar İmanov “İstiqlal” ordeni ilə təltif edilib, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Görkəmli opera müğənnisi 2008-ci ildə vəfat edib.

 

Baxış sayı: 73