XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq artisti İlham Əsgərovun anadan olmasının 66-cı ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
16/07/2024 09:40

Xalq artisti İlham Əsgərov 1958-ci il, iyulun 16-da Masallıda anadan olub. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyoru fakültəsində təhsil alıb. 1982-ci ildən Akademik Milli Dram Teatrında çalışıb. Teatrda, televiziya tamaşalarında, filmlərdə (“Doğma sahillər”, “Biz qayıdacağıq”) maraqlı rollar oynayıb. Filmlərin səsləndirilməsində iştirak edib. İlham Əsgərov Azərbaycan dövlət radiosunun məşhur "Bulaq" verilişinin aparıcılarından biri olub. İlham Əsgərov Azərbaycan Respublikasının Əməkdar artisti, Xalq artisti fəxri adlarına layiq görülüb. Prezident mükafatçısı olub. 2010-cu ildə Cəfər Cabbarlı mükafatını qazanıb.

Tanınmış aktyor 2015-ci ildə vəfat edib.

Baxış sayı: 209