XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq artisti Hacıbaba Bağırovun anadan olmasının 92 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
12/06/2024 09:24

Hacıbaba Bağırov 1932-ci il iyunun 12-də Bakıda anadan olub. O, Lənkəran Dövlət Dram Teatrında, Gəncə Dövlət Dram Teatrında, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb, özünün təşkil etdiyi Bakı Tənqid-Təbliğ Teatrının bədii rəhbəri olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.  “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Hicran” və bir çox tamaşalarda, “Ulduz”, “Onun bəlalı sevgisi”, “Qanun naminə”, “Alma almaya bənzər” və başqa filmlərdə müxtəlif rollar ifa edib. Hacıbaba Bağırov “Şöhrət” ordeni ilə təltif edilib, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə və “Xalq artisti” fəxri adına layiq görülüb.

Sənətkar 2006-cı ildə vəfat edib.

Baxış sayı: 95