XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Əməkdar incəsənət xadimi İslam Səfərlinin anadan olmasının 102 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
12/02/2025 10:32

İslam Səfərli oçerk, novella, libretto, kinossenari və məqalələr müəllifi kimi tanınıb.

“Göz həkimi”, “Ana ürəyi”, “Yol ayrıcı”, “Xeyir və Şər”, “Dədəgünəş əfsanəsi” əsərləri əsasında hazırlanan tamaşalar böyük tamaşaçı rəğbəti qazanıb. Şairin sözlərinə “Bakı, sabahın xeyir”, “Zərif gülüşlüm”, “Bir könül sındırmışam”, “Qonaq gəl bizə”, “Bakılı qız”, “Nə vaxta qaldı” və digər mahnılar bəstələnib. Onun 18 kitabı işıq üzü görüb. Bakının mərkəzi küçələrindən biri şairin adını daşıyır, yaşadığı binaya barelyefi-xatirə lövhəsi vurulub.

İslam Səfərli 1974-cü ildə vəfat edib.

Baxış sayı: 132