XƏBƏRLƏR
MƏLUMAT
Bu gün SSRİ Xalq artisti Sidqi Ruhullanın anadan olmasının 139 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
09/04/2025 11:44

Bu gün Xalq artisti Sidqi Ruhullanın doğum günüdür. Onun adı Ruhulla, familiyası Axundovdur. Gəncliyində “Vətən” dramında Sidqi rolunu məharətlə ifa etdiyindən yoldaşlarının məsləhətilə Sidqi ləqəbini qəbul edib.

1908-ci ildə Bakıda “Morskoe Sobranie” zalında Nəcəf bəyin “Müsibəti Fəxrəddin” faciəsi tamaşaya qoyulub. Ərəblinski Rüstəm bəy kimi çətin bir rolu Sidqiyə tapşırıb. Bu tamaşadan sonra Sidqi hər şeyi buraxıb peşəkar aktyor olmağı qərara alıb. 50 illik səhnə fəaliyyəti dövründə Sidqi Ruhulla həmişə zəngin həyat təcrübəsi, müşahidə, bilik, məharət və bacarıq, gərgin əmək tələb edən 300-ə yaxın müxtəlif surətlər silsiləsi yaradıb. O, Azərbaycan yazıçılarından Cəfər Cabbarlı, Səməd Vurğun, Abdulla Şaiq, Mirzə İbrahimov, Məmməd Səid Ordubadi, Sabit Rəhman, Süleyman Rüstəm, Rəsul Rza, İlyas Əfəndiyevlə yanaşı rus klassiklərinin, qərb dramaturqlarının da əsərlərində müxtəlif rollar ifa edib.

Sidqi Ruhulla 1959-cu ildə vəfat edib.

Baxış sayı: 106