XƏBƏRLƏR
MƏLUMAT
Bu gün SSRİ Xalq artisti Hökümə Qurbanovanın anadan olmasının 111 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
11/06/2024 11:25

Hökümə Qurbanova 1913-cü il iyunun 11-də Bakıda anadan olub. O, Bakı Pedaqoji Texnikumunda, Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Azərbaycan Dövlət Dram Teatrında çalışıb. Konservatoriyada təhsil alarkən Cəfər Cabbarlının təşəbbüsü ilə “Almaz” filmində “Yaxşı” roluna çəkilib.

Aktrisanın ilk rolu “Vaqif” tamaşasında gürcü qızı Tamara olub. O,romantik faciə, realist faciə, romantik-dramatik,realist-dramatik, psixoloji-dramatik, tarixi-dramatik səpkili, lirik təmayüllü psixoloji rollar, yumoristik dramatik rolların ən kamil nümunələrini yaradıb.

Hökümə Qurbanova görkəmli sənətkarlarla, rejissorlarla birgə işləyib. Mehdi Məmmədova aktrisa haqqında “Onun sənət ulduzu” monoqrafiyasını yazıb.O, yaradıcılığı dövründə, demək olar ki, bütün dublayjların baş rollarını, “Uzaq sahillərdə”filmində Anjelikanı, “Ögey ana”da Dilarəni və.s məharətlə səsləndirib.

Aktrisanın Londonda qastrolda olarkən ifası ingilis rejissorunu belə heyrətləndirib. O, U.Şekspirin “Qış nağılı” Germiona rolunda dəqiqələrlə səhnədə sükut edərək tamaşaçıları və tərəf-müqabillərini heyrətə gətirib.

Azərbaycan mədəniyyətinin inkişafına dəyərli töhfələr vermiş sənətkar “Əməkdar artist” “Xalq artisti”fəxri adlarına layiq görülüb.

Görkəmli kino və teatr aktrisası Hökümə Qurbanova 1988-ci il noyabrın 2-də Bakıda vəfat edib.

Baxış sayı: 181