XƏBƏRLƏR
MƏLUMAT
Bu gün rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır
ÜMÜMİ XƏBƏRLƏR
06/12/2024 09:19

6 dekabr - rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır.

Bu gün ictimai həyatın, eləcə də iqtisadiyyatın elə bir sahəsi yoxdur ki, rabitə xidmətləri və ən müasir informasiya texnologiyaları olmadan fəaliyyət göstərsin. Müasir dünyada insanların həyatını telefon və poçt rabitəsi, radio, televiziya, rəqəmsal texnologiyalar, internetsiz təsəvvür etmək mümkünsüzdür. Bu xidmətlərin hər biri bizim gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib.

Rabitə sahəsi üçün böyük önəm kəsb edən 6 dekabr tarixi 18 ildir ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Sərəncama uyğun olaraq, rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Peşə bayramı Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 125 illiyi ilə əlaqədar olaraq təsis edilib.

Baxış sayı: 132