XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Əməkdar incəsənət xadimi Sadıq Şərifzadənin anadan olmasının 112-ci ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
05/12/2024 16:15

Sadıq Şərifzadə 1912-ci il dekabrın 5-də Ərdəbildə anadan olub.

O, Ə.Əzimzadə adına Rəssamlıq Texnikumunu bitirib, 1936-cı ildə Kiyev Dövlət Rəssamlıq İnstitutuna daxil olub. 1939-cu ildə öz xahişi ilə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna köçürülüb. “Kirpi” jurnalında çalışıb və bir çox satirik rəsmlər yaradıb. Rəssam əsasən dəzgah rəngkarlığının süjetli tablo, portret və mənzərə janrlarında bir-birindən maraqlı sənət əsərləri yaradıb. “Üzüm yığımı”, “Sevinc” , “Abşeron bağlarında”, “Bahar bayramı. Novruz”, “Analıq”, “Babəkin portreti”, “Sabir Balaxanıda”, “İmadəddin Nəsiminin portreti” və s. əsərlərin müəllifidir.

Teatr rəssamı kimi fəaliyyət göstərmiş və uğurla bir çox tamaşaların bədii tərtibatını hazırlayıb. Bədii tərtibat verdiyi tamaşalara Abdulla Şaiqin “Fitnə”, Lope de Veqanın “Sevilya ulduzu”, İslam Səfərlinin “Göz həkimi”, Mehdi Hüseynin “Cavanşir”, Süleyman Rüstəmin “Qaçaq Nəbi”, Şıxəli Qurbanovun “Əcəb işə düşdük”, Mirzə İbrahimovun “Kəndçi qızı” və başqa nümunələr aiddir. Sadıq Şərifzadə Əməkdar incəsənət xadimi fəxri adına, II dərəcəli respublika dövlət mükafatına layiq görülüb.

Rəssam 1986-cı ildə vəfat edib.

Baxış sayı: 133