XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Əməkdar elm xadimi Məmməd Arif Dadaşzadənin anadan olmasının 120 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
10/06/2024 09:32

Məmməd Arif Dadaşzadə 1904-cü il iyunun 10-da Bakıda anadan olub. O, Azərbaycan Dövlət Universitetinin “Şərq” fakültəsində təhsil alıb.

İlk publisist məqaləsi “Xızılı Məhəmməd Bağır” imzası ilə, bir neçə felyetonu “Məğmun xızılı” imzası ilə “Molla Nəsrəddin” məcmuəsində dərc edilib. M.Arif “Cəfər Cabbarlının yaradıcılıq yolu” və “Səməd Vurğunun dramaturgiyası” kimi fundamental monoqrafiyaların müəllifidir. O, iki dəfə “Qırmızı əmək bayrağı” ordeni, “Qabaqcıl maarif xadimi” nişanı və medalları ilə təltif edilib, Dövlət mükafatı laureatı olub.

Azərbaycan ədəbi tənqid və ədəbiyyatşünaslığının təməlini qoyanlardan və bu sahələrin inkişafında xidmətləri olan alimlərdən biridir. Əməkdar elm xadimi Məmməd Arif 1975-ci il vəfat edib. Bakı və Xızıda küçələrdən biri, Azərbaycan Yazıçılar Birliyinin kitabxanası, Şurabad qəsəbəsində tam orta məktəb akademik Məmməd Arifin adını daşıyır.

Baxış sayı: 119