XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Əməkdar artist Əliheydər Ələkbərovun anadan olmasının 109-cu ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
26/07/2024 09:16

Bu gün Əməkdar artist, Azərbaycanın teatr rejissoru və aktyoru Əliheydər Ələkbərovun anadan olmasının 109-cu ili tamam olur

Əliheydər Ələkbərov 1915-ci ilin iyulun 26-da Bakıda anadan olub. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Musiqili Komediya Teatrında çalışıb. Teatrın repertuar qurumunun formalaşmasında, rejissor sənətinin yeni peşəkarlıq keyfiyyətləri əxz etməsində, aktyor truppasının kamilləşməsində Əliheydər Ələkbərovun böyük xidmətləri var. O, bu teatrda bir sıra uzunömürlü tamaşalara maraqlı quruluşlar verib. Hazırladığı tamaşalara monumental ruh verməyə çalışıb. Xor və baletdən komponent-obraz kimi istifadəyə xüsusi meyl göstərib. Əliheydər Ələkbərovun rejissurası dolğun ifadə vasitələri, dərin realizmi və təbii yumorun obrazlı bədii həlli ilə seçilib. O, Azərbaycan Dövlət Teatr Institutunda aktyor və rejissor sənətindən dərs deyib.

Əməkdar artist Əliheydər Ələkbərov 1975-ci ildə vəfat edib.

Baxış sayı: 184