XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Əməkdar artist Firuz Xudaverdiyevin anadan olmasının 85-ci ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
09/07/2024 15:51

Bu gün Əməkdar artist, teatr, kino və televiziya aktyoru Firuz İmam oğlu Xudaverdiyevin anadan olmasının 85-ci ili tamam olur

Firuz Xudaverdiyev 1939-cu il iyulun 9-da Bakıda anadan olub. O, Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib və təyinatla Mingəçevir Dövlət Dram Teatrının aktyor truppasına daxil olub. Mingəçevir Dövlət Dram Teatrında, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb. 2002-ci ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar artist fəxri adına layiq görülüb. Aktyor səhnə yaradıcılığından əlavə bir sıra tele-tamaşalar və bədii filmlərdə rol alıb.

Əməkdar artist Firuz Xudaverdiyev 2017-ci ildə vəfat edib.

Baxış sayı: 100