Polad Bülbüloğlu 1945-ci ildə fevralın 4-də Bakıda Azərbaycanın görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Bülbülün ailəsində dünyaya göz açıb. Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsini (dahi Qara Qarayevin sinfi) bitirib.
Azərbaycan estrada ifaçılığı sənətini xarici ölkələrdə yüksək səviyyədə dəfələrlə təmsil edən müğənni bir çox beynəlxalq festivallarda diplom və mükafatlara layiq görülüb. 1975-ci ildə təşkil etdiyi Azərbaycan estrada ansamblı, “Aşıqlar” vokal-instrumental ansamblı ilə birgə Polad Bülbüloğlu Rusiya, ABŞ, Kanada, Türkiyə, Fransa, Argentina, Polşa, Almaniya, Danimarka, Niderland Krallığı, İsveçrə, Finlandiya, Qazaxıstan, Özbəkistan, Tacikistan, Moldova və Gürcüstanda böyük uğurla çıxış edib.
Geniş yaradıcılıq diapazonuna malik olan bəstəkar öz istedadını musiqinin müxtəlif janrlarında sınayaraq balet, müzikl, instrumental, vokal, simfonik, kamera əsərləri, kinofilmlərə, dram tamaşalarına musiqi, mahnı və romanslar yaradıb.
Bəstəkarın “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında yaratdığı “Eşq və Ölüm” baleti ilk dəfə 2005-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Vyana Balet Akademiyasının professoru, baletmeyster Vakil Usmanov tərəfindən səhnəyə qoyulub. Həmin ildə Akademik Opera və Balet Teatrının balet truppası bu tamaşanı Mariinski adına Sankt-Peterburq Akademik Opera və Balet Teatrında, daha sonra Moskvada Böyük Teatrın səhnəsində nümayiş etdirib.
Öz bənzərsiz ifası ilə milli estrada sənətimizi zənginləşdirən Polad Bülbüloğlunun bəstələri içərisində ona ən çox şöhrət gətirən isə müəllifi və ifaçısı olduğu “Gəl, ey səhər” mahnısıdır. Bundan əlavə, “Doğma diyar”, “Şən Azərbaycan”, “Durnalar”, “Bayatılar”, “Vətən haqqında mahnı”, “Bakı”, “Məni gözlə”, “Gözəllər”, “Bənövşələr”, “Həsrətimsən” və digər nəğmələri Azərbaycan estrada mahnı irsinin parlaq nümunələri kimi bu gün də sevilir.
Polad Bülbüloğlu 1987-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru, 1988-ci ildәn 2006-cı ilə kimi isə Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifələrində çalışıb.
2006-cı ildən 2024-cü ilə kimi Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərib. Sənətçi Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən Rusiya və Azərbaycan xalqları arasında sülhün, anlaşmanın qorunmasında və dostluq tellərinin möhkəmlənməsindəki xidmətlərinə görə “Müqəddəs knyaz Nevski” mükafatına layiq görülüb. Moskva şəhərində “Ulduzlar” meydanında Polad Bülbüloğlunun şərəfinə yeni ulduz həkk olunub.
Polad Bülbüloğlunun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib, 1973-cü ildə “Əməkdar incəsənət xadimi”, 1982-ci ildə “Xalq artisti” fəxri adları, 2005-ci ildə “İstiqlal”, 2015-ci ildə “Şərəf” ordenləri ilə təltif edilib.
18 may 2016-cı ildə məşhur heykəltaraş və rəssam Zurab Seretellinin "Mənim müasirlərim" adlı heykəllər silsiləsi çərçivəsində Moskvada Polad Bülbüloğlunun abidəsinin açılışı olub.
2017-ci ildə "Rus ifaçılıq sənəti" (rus. Русское исполнительное искусство) İctimai Fondunun 25 illiyi medalına layiq görülüb. 2019-cu ilin iyul ayında Polad Bülbüloğlu 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
2024-cü il sentyabrın 14-də Polad Bülbüloğlu Ermitaj Mükafatının laureatı olub. Sentyabrın 17-də isə Başqırdıstanın Xalq artisti adı verilib.
O, 2024-cü il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində qələbə qazanaraq Milli Məclisin VII çağırış deputatı seçilib. 23 sentyabr 2024-cü ildə Prezidentin Sərəncamı ilə Azərbaycanın Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
2024-cü il oktyabrın 8-də Azərbaycan - Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.
3 fevral 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
- 17:02 Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb
- 09:18 Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
- 15:42 Hərbi Hissədə bayram konserti keçirilib
- 12:33 “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
- 11:56 "Qış nağılı" adlı tamaşa nümayiş edilib
- 11:36 Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 11:07 24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 09:30 “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Xalq artisti Amalya Pənahovanın 80 illik yubiley gecəsi
- 21:15 Baş İdarə hərbi liseydə bayram tədbiri keçirib
- 16:38 Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb
- 11:07 Milli Kitabxanada “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgi açılıb
- 10:18 “Suveren dövlət, həmrəy xalq” adlı tədbir keçirilib
- 09:27 Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşası nümayiş olunub
- 18:40 “Qar Kraliçası” yenidən səhnədə
- 15:47 "Muğam bir xəzinədir" adlı tədbir keçirilib
- 17:11 "Yeni il sərgüzəştləri" adlı tamaşa nümayiş edilib
- 16:03 “Mirzə Qədim İrəvani irsi Prezident Kitabxanasında” adlı tədbir keçirilib
- 14:32 Mədəniyyət Nazirliyi incəsənət məktəblərinə 36 müəllim işə qəbul edib
- 14:29 “Xocalıya” əsəri Əlixan Səmədovun ifasında rəqəmsal platformalarda yayımlanıb
- 10:00 "Qış nağılı" adlı yeni il şənliyi keçirilib
- 09:28 Xalq artisti Gülağa Məmmədovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
- 11:27 Gənclər Kitabxanasında akademik Nailə Vəlixanlının 85 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb
- 09:47 Yasamal rayon Heydər Əliyev Mərkəzində mühazirə oxunub
- 09:38 Milli Kitabxanada Knyaz Aslanın 65 illiyinə həsr olunmuş sərgi ziyarət edilib