Zemfira Əliyeva 25 dekabr 1941-ci ildə Gəncə şəhərində anadan olub. Anası Firuzə Bədirbəyli Gəncə DDT-nin aktrisası olub. Kiçik yaşlarından teatrın tamaşalarında uşaq rollarını oynayıb. İstedadı, ehtiraslı və emosional ifadə vasitələri erkən formalaşdığı üçün 17 yaşında ona Cəfər Cabbarlının "Solğun çiçəklər" melodramasında Sara rolu tapşırılıb. Gənc aktrisa gözlənildiyindən çox uğur qazınıb. Bundan sonra aktrisa teatra götürülüb və qısa müddətdə Səməd Vurğunun "Vaqif" (Gülnar), Viktor Rozovun "Sabahın xeyir" (Liza), Evripidin "Medeya" (Medeya), Əfqan Əsgərovun "Qız atası" (Məryəm) əsərlərinin tamaşalarında mürəkkəb rollar oynayıb, "Böyük dayaq" filmində Pərişan obrazına çəkilib.
Zemfira Məmmədəli qızı Əliyeva 1972-ci ildə Naxçıvan DMDT-nin truppasına daxil olub. Bu teatrda qazandığı sənətkarlıq nailiyyətlərinə görə 1 iyun 1974-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti və 1 dekabr 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif edilib. Aktrisa 1988-1995-ci illərdə Akademik Milli Dram Teatrında işləyib. 26 noyabr 1995-ci ildə Bakıda vəfat edib. Füsunkar səhnə görkəmi, məlahətli danışığı, zəngin və əlvan ifadə vasitələri, coşqun daxili ehtirası vardı. Bu yaradıcılıq keyfiyyətləri aktrisanın yaratdığı səhnə surətlərinə xüsusi emosional təravət, psixoloji dərinlik və fəlsəfi bütövlük verirdi. Zemfira Əliyevanın Naxçıvan teatrında ifa etdiyi baş rolların yığcam siyahısını belə ümumiləşdirmək mümkündür: Almaz, Sara, Firəngiz, Yaqut ("Almaz", "Solğun çiçəklər", "Oqtay Eloğlu" və "Yaşar", Cəfər Cabbarlı), Səlma, Roza, Xumar, Anjel ("Ana", "Şeyda", "Şeyx Sənan" və "Uçurum", Hüseyn Cavid), Sona ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Reyhan ("Yağışdan sonra", Bəxtiyar Vahabzadə), Maral ("Sənsiz", Şıxəli Qurbanov), Mədinə, Azadə ("Mənim nəğməkar bibim" və "Bir cüt bədmüşk ağacı", Əkrəm Əylisli), Pırpız Sona ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), Zinyət ("Toy", Sabit Rəhman), Söylü ("Bəxt üzüyü", Vaqif Səmədoğlu) Nərmin, Anjel ("Unuda bilmirəm" və "Məhv olmuş gündəliklər", İlyas Əfəndiyev), Kleya ("Tülkü və üzüm", Gilerma Fiqeyredu), Pəricahan və Zöhrə ("Laçın yuvası" və "Eşq və intiqam", Süleyman Sani Axundov), Zəhra ("Bayramın birinci günü", Nazim Hikmət), Elektra ("Elektra", Sofoki), Dilbər ("Yenə o bağ olaydı...", Mlkayıl Müşfiqin şeirləri əsasında bədii kompozisiya), Vəfa ("Siz xoşbəxt yaşayın", Əlyar Yusifli). Televiziya tamaşalarında ("Yad qızı", Orxan Kamal; "Manas" və s.) da yaddaqalan obrazlar yaratmışdır. "Azərbaycanfilm"in "Böyük dayaq", "Pəncərə", çoxserialı "İtkin gəlin" filmlərində çəkilmişdir.
Qeyd edək ki, Xalq artisti, rejissor Vaqif Əsədovun həyat yoldaşı olub.
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
- 17:02 Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb
- 09:18 Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
- 15:42 Hərbi Hissədə bayram konserti keçirilib
- 12:33 “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
- 11:56 "Qış nağılı" adlı tamaşa nümayiş edilib
- 11:36 Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 11:07 24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 09:30 “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Xalq artisti Amalya Pənahovanın 80 illik yubiley gecəsi
- 21:15 Baş İdarə hərbi liseydə bayram tədbiri keçirib
- 16:38 Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb
- 11:07 Milli Kitabxanada “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgi açılıb
- 10:18 “Suveren dövlət, həmrəy xalq” adlı tədbir keçirilib
- 09:27 Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşası nümayiş olunub